Boksçularımız dünya çempionatına qələbə ilə başladı 

18:04 15.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın iki boksçusu Çinin Quyyan şəhərində keçirilən Dünya kubokuna qələbə ilə başlayıb.

Hafta.az Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, reytinq xarakterli yarışın ilk günündə 50 kq-da Sübhan Mamedov 1/8 finalda hindistanlı Rişi Singlə üz-üzə gəlib.

Hər 3 raundu xeyrinə bitirən Azərbaycanın dünya çempionu yekunda 5:0 (30:27, 29:28, 30:27, 29:28, 30:27) hesabı ilə qələbə qazanıb. Mamedov ikinci döyüşündə ilk mərhələdən azad olan Asilbek Jalilovla (Özbəkistan) münasibətinə aydınlıq gətirəcək. Döyüş iyunun 19-da olacaq.

Məhəmmədəli Aşırəliyev (60 kq) də debütdə qələbə qazanıb. Yakub Krzpeitini (Polşa) 3:2 (29:28, 28:29, 27:30, 27:30, 29:28) hesabı ilə məğlub edən boksçumuz 1/8 finalda Luis Qabrieli (Braziliya) sınağa çəkəcək. Görüş iyunun 17-də olacaq.

Qeyd edək ki, Azərbaycan millisi Dünya kubokuna 8 boksçusu ilə yollanıb.